Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

24.04.2020

Cüzdanını itirmişdi

Bu günlərdə metronun “Xalqlar dostluğu” stansiyasından üzü “Koroğlu” stansiyasına gedən “62” saylı marşrutda içərisində 1 ədəd açar, 366 manat, 4 bank, 1 metro və 2 digər plastik kart olan pulqabını naməlum şəraitdə itirən Fərqanə Abuşova kömək üçün polisə üz tutub. Polis əməkdaşlarına müraciət edən xanımı asayiş keşikçiləri tezliklə sevindirib. Belə ki, “Xalqlar dostluğu” stansiyasının yaxınlığında patrul xidməti aparan Metropolitendə Polis Şöbəsinin əməkdaşları onlara edilən müraciətdən sonra “Koroğlu” stansiyasındakı həmkarlarına bu barədə məlumat veriblər. Stansiyada xidmətdə olan polis serjantı Vüqar Cavadov həmin marşrutda cüzdanı taparaq Şöbənin rəhbərliyinə məruzə edib.
Elə həmin gün axşam saatlarında F.Abuşova rəhbərlik tərəfindən şöbəyə dəvət olunub və itirdiyi 1 ədəd açar, 366 manat, 4 bank, 1 metro və 2 digər plastik kart ona qaytarılıb. Vətəndaş F.Abuşova asayiş keşikçilərinə minnətdarlığını ifadə edib.

Teymur Əlizadə,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər