Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

09.07.2020

Qarşıya qoyulan tələblər məsuliyyətimizi artırır

2 iyul 2020-ci il. Hər il olduğu kimi, bu il də Daxili İşlər Nazirliyinin Polis Akademiyasının məzunları üçün həyəcanlı, eyni zamanda, məsuliyyətli və yaddaqalan gün idi. Məhz Azərbaycan Polisi günündə müstəqil həyata qədəm qoymaq, Vətənə, millətə və dövlətçiliyə layiqli şəkildə xidməti fəaliyyətə başlamaq DİN-in Polis Akademiyasının hər bir məzununun arzusudur. Bu arzuları reallaşdırmaq üçün isə öyrənmək, dinləmək və verilən tapşırıqları məəsuliyyətlə icra etmək lazımdır. Bu baxımdan 2019-2020-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun çıxışı zamanı səsləndirdiyi fikirləri polis əməkdaşları, xüsusilə də gənc kursantlara bundan sonrakı fəaliyyət üçün bir mayak, tövsiyə və xeyir-dua saymaq olardı.
Daxili İşlər nazirinin kursantlar qarşısında çıxışı ölkəmizdə hüquq mühafizə orqanları əməkdaşlarının fəaliyyəti, görülən işlər, polis əməkdaşlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi, eləcə də qarşıda duran mühüm vəzifələri müəyyən etmək baxımından olduqca əhatəli və əhəmiyyətli idi. Bir sözlə, cənab nazirin təbirincə desək, builki məzun günü yaddaşlarda dərin iz qoyan unudulmaz hadisə olmaqla yanaşı, eyni zamanda, yeni həyatın və qarşıda onları gözləyən daha məsul və şərəfli bir fəaliyyətin başlanğıcıdır.
Cənab nazir qeyd etdi ki, Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında Polis Akademiyasının yaradılması və bu təhsil ocağına birinci dərəcəli ali təhsil müəssisəsi statusunun verilməsi illər keçdikcə öz bəhrəsini verdi; ölkəmizdə ictimai asayişinin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə daha peşəkar, savadlı, mübariz və fədakar polis əməkdaşları yetişdi. Və bu missiya bu gün uğurla davam etdirilir.
Çağdaş dünyada hər sahədə olduğu kimi, hüquq mühafizə sahəsində yüksək nailiyyətlərin əldə edilməsi, peşəkar kadrların hərtərəfli hazırlanması günümüzün aktual məsələlərindəndir. Nəzərə alsaq ki, sabitliyin, əmin-amanlığın qorunması məhz Azərbaycan polisinin üzərinə düşür, bu səbəbdən də gələcək polis əməkdaşlarının müasir həyatımızın ayrılmaz hissəsi olan yüksək texnologiyalara bələd olma və onlardan səmərəli istifadə qabiliyyəti çox vacibdir. Bu baxımdan son illər DİN-in Polis Akademiyasının maddi-texniki bazasının təkmilləşdirilməsi və gücləndirilməsi müdavimlərin hərtərəfli hazırlanması və bu sahədə atılan zəruri addımlar təqdirəlayiqdir.
Azərbaycan Polisi daim yeniliklərə açıq olmalı, XXI əsrin reallıqlarını nəzərə almalı və öz işini daha da təkmilləşdirmək məqsədilə fəaliyyətini dövrün tələbləri səviyyəsində qurmağı bacarmalıdır.
Bu fikri məhz nazir Vilayət Eyvazov da dönə-dönə vurğuladı. O qeyd etdi ki, çağdaş dövrdə, internet əsrində, rəqəmsal dünyada yüksək bilik və bacarıq olmadan keçinmək mümkün deyil, ona görə də Akademiyada kursantların intellektual səviyyəsinin yüksəldilməsi üçün hər cür şərait yaradılıb, gələcək polislərin xüsusi nəzəri bilik, fiziki və psixoloji hazırlığının yüksək səviyyədə olması üçün pedaqoji kollektiv də yorulmadan çalışır və maksimum səy göstərir.

Əlbəttə, peşəkar kadrların hazırlanmasında yüksək səviyyəli mütəxəssislərin fədakarlığı və zəhməti sözün bütün mənalarında böyükdür və əvəzedilməzdir. Kursantlara polis peşəsinin incəliklərinin öyrədilməsi, bu peşəyə sonsuz sevginin aşılanması məhz onların əməyinin nəticəsidir. Onların verdiy

Geriyə Çap et


Faydalı keçidlər
Linklər