Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

20.08.2020

Xilaskarları siz də tanıyın

Sərtləşdirilmiş karantin rejiminin yumşaldılmasını, çimərliklərin açılmasını səbrsizliklə hamı gözləyirdi. Operativ Qərargahın 5 avqustdan etibarən çimərliklərdən təsdiq edilmiş xüsusi qaydalara əsasən istifadə etmək icazəsi uşaqlar qədər böyükləri də sevindirdi. Kiçikdən-böyüyə hamı üz tutdu Abşeron çimərliklərinə.
Yeri gəlmişkən, çimərliklərdə Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunması məqsədilə daxili işlər orqanlarının əməkdaşları mütəmadi olaraq reydlər keçirir, istirahətə gələn vətəndaşlarla izahedici söhbətlər aparır, onlara sosial məsafənin saxlanılmasının vacibliyi bildirirlər. Yenə də təhlükəsizlik qaydalarını unudanlar oldu. Maarifləndirməklə yanaşı, polis xilaskarlıq missiyasını da yerinə yetirir.
Bu günlərdə “Əlahiddə Çevik Polis Alayının əməkdaşları Buzovna çimərliyində və Dənizkənarı Milli Parkda boğulmaq təhlükəsi ilə üz-üzə qalan iki uşağın və bir ananın həyatını xilas etdi” xəbərləri də saytların manşetinə çevrildi.
Buzovna çimərliyində xidmət aparan polis serjantı Ayxan Hüseynli 11 yaşlı N.Qurbanovanın boğulduğunu görüb. Dərhal həyatını təhlükəyə ataraq onu ölümün pəncəsindən qurtarıb.
Elə həmin gün daha bir azyaşlının və anasının həyatı xilas edilib. Dənizkənarı Milli Parkda xidmət aparan polis serjantları Rəşad Məmmədov və Sevinc Quliyeva bir qadının qışqıraraq kömək çağırmasını eşidiblər. Hadisə yerinə çatanda məlum olub ki, 11 yaşlı M.Abdullayev ehtiyatsızlıqdan suya düşüb. Onu xilas etməyə çalışan anası A.Abdullayeva özünü dənizə atıb və hər ikisi boğulmaq təhlükəsi ilə üzləşib. Bu zaman polis əməkdaşları onların imdadına yetişiblər...
Polis cinayətkarlıqla qətiyyətli mübarizə apardığı, vətəndaşa təhlükədən daha yaxın olduğu, həyatını həyat qurtarmaq üçün təhlükəyə atdığı üçün vətəndaşların güvənc yeri sayılır.
Teymur Əlizadə,
polis kapitanı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər