Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Mübariz Keşikdə qəzeti

Rəsmi

02.07.2018

100 yaşin mübarək, Azərbaycan polisi !

Azərbaycan Polisi yarandığı gündən peşə borcuna, mənafeyinə ləyaqətlə xidmət etmiş, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirmişdir.

Müstəqilliyimizin ilk illərində, təəssüflər olsun ki, xalqımız qeyri-sabit ictimai-siyasi vəziyyətdə yaşamaq məcburiyyətində qaldı. Ölkədə naşıların siyasi hakimiyyəti ələ keçirmələri nəticəsində hərc-mərclik yaranmış, özbaşınalıq halları dözülməz həddə çatmışdır. Qanuna zidd sihahlı dəstələr və ayrı-ayrı silahlı şəxslər ölkə daxilində kriminogen durumu gərginləşdirməklə əhalidə qorxu hissini aşırı dərəcədə artırmışdılar. Mövcud şəraitin canlı şahidi olan insanlar dövət orqanlarına inamı tamamilə itirdilər.

Cinayətkarlıqla mübarizə aparmaq, daxili sabitlik yaratmaq, hüquq qaydasını qorumaq bilavasitə vəzifəsi olan daxili işlər orqanları siyasi oy2unlara cəlb olunmuşdu. Peşəkar polis işçiləri sıxışdırılaraq işdən uzaqlaşdırıldılar. Onların əvəzinə sərişdəsiz, polis adına ləkə gətirən, cinayətkarlığa qarşı mübarizə aparmaq qabiliyyəti və təcrübəsi olmayan şəxslər rəhbər vəzifələrə irəli çəkildilər. Bunun nəticəsi olaraq dövlətin digər qolları kimi daxili işlər orqanlarının da nüfuzu tamam itmişdi.
1993-cü il iyun ayının 150-də xalqımızın israrlı tələbi ilə Bakıya dəvət olunan ulu öndər Heydər Əliyev ölkəni daha ağır faciələrdən, qardaş qırğınından qurtardı. Cəmiyyətdə ictimai-siyasi sabitlik, əmin-amanlıq bərpa edildi. Cinayətkarlıqla mübarizə günün tələbləri səviyyəsində təşkil olundu və kriminogen durum nəzarətə götürüldü. Dövlətçiliyə təhlükə törətmək niyyətində olan cinayətkar qruplar qanuni şəkildə zərərsizləşdirildilər. İnsan hüquq və azadlıqları beynəlxalq standartlara uyğun olaraq təmin edildi. Təbii ki, ümummilli liderimizin düzgün kadr seçimi bu məsələdə əsas rol oynadı.


Ümummilli lider 1994-cü il avqustun 9-da imzaladığı «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» fərman mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə ölkədə ictimai-siyasi asayişin qorunmasında, əhalinin sabit həyat tərzi sürməsində və təşkilati-hüquqi bazanın yaradılaraq möhkəmləndirilməsində çox böyük rol oynadı.

Məhz ümummilli liderin rəhbərliyi və nəzarəti altında görülən tədbirlərlə əhalidə olan minlərlə qanunsuz saxlanılan odlu silah və sursat yığıldı, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr ləğv edildi. Az vaxt ərzində cinayətkar ünsürlərin və silahlı dəstələrin əl-qolları bağlanaraq zərərsizləşdirildi. Bu isə vətəndaşlarımızın dövlətə, onun hüquq-mühafizə orqanlarına itmiş inamlarının bərpası ilə nəticələndi.

Əldə olunan uğurları yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev polisin 80 illiyi münasibətilə şəxsi heyətə ünvanladığı təbrikdə belə demişdir: «Azərbaycan Polisi dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin və başqa qeyri- konstitusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında önəmli xidmətlər göstərmişdir. Əlamətdar haldır ki, daxili işlər orqanlarının şəxsi heyəti bütün bu proseslərdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarının və xidmətin mənafeyini hər şeydən üstün tutmuşdur.

Daxili işlər orqanlarının 90 illik yubileyi münasibətilə keçirilmiş toplantıda isə Prezident cənab İlham Əliyev demişdir: «Azərbaycan xalqı Azərbaycan Polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri qanuni birləşmələr mövcud deyildir. Arzu edirəm ki, bundan sonra da doğma vətənimizə ləyaqətlə xidmət edəsiniz, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Siz bu vəzifələri ləyaqətlə icra edirsiniz.»

Respublikada sabitliyin möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, dövlətçiliyin qorunmasında müstəsna xidmətlər göstərmiş azərbaycan Polisi həm də Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişdir. Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinin yüzlərlə əməkdaşı və hərbi qulluqçusu müharibədə şəhid olmuşdur. Polisin sıralarında xeyli sayda «Milli Qəhrəman» adına, habelə orden və medallarla təltif edilmiş polislərimiz vardır.

Müstəqil Azərbaycan dövləti bu gün dünyanın ə\n nüfuzlu beynəlxalq təşkilatlarının və qurumların üzvüdür. Bu isə o deməkdir ki, Azərbaycan hökümətinin icraya yönəlmiş qanunları beynəlxalq standartlara uyğun olmalı və icra orqanları işini o standartlar çərçivəsində qurmalıdır. Mövcud reallıqdan çıxış edərək deyə bilərik ki, bəli, bu gün Azərbaycan Polisinin fəaliyyəti, iş prinsipi beynəlxalq təşkilatların ekspertlərinin tələblərinə tam uyğundur.

Daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində işlər məqsədyönlü və sistemli şəkildə həyata keçirilmişdir. Əməkdaşlarımız qabaqcıl təcrübənin daha səmərəli tətbiqi məqsədi ilə Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə keçirilən və daxili işlər orqanlarının fəaliyyətinin başlıca istiqamətlərini əhatə edən müxtəlif forum və müşavirələrdə mütəmadi olaraq iştirak edirlər.

Din rəhbərliyi: - polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə vətəndaşlardan və QHT- lərdən daxil olan müraciətlərə xüsusi önəm verir və operativ şəkildə reaksiya göstərir. Məhz bu cür həssas yanaşmanın və operativ operativ reaksiyanın nəticəsində son illərdə vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, hüquqlarını pozmaya görə xeyli sayda polis əməkdaşı cəzalandırılmış və daxili işlər orqanlarından xaric edilmişlər. Bir sözlə, daxili işlər orqanlarının tərkibi hər ötən il saflaşmış və bugünki yüksək səviyyəyə çatmışdır.

100 illik yubileyimiz də əminliklə deyə bilərik ki, Azərbaycan Polisi, sözün həqiqi mənasında, asayişin və sabitliyin keşiyində mətanətlə və ləyaqətlə dayanır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qarşımızda qoyduğu vəzifə və tapşırıqları vicdanla yerinə yetirməyə həmişə hazırıq!
Vüqar Sərdarov,
polis polkovnik-leytenantı





Çap et  Çap et