Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Mübariz Keşikdə qəzeti

Rəsmi

01.09.2018

Zorakılığa “yox” dedilər…

Sentyabrın 18-də Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində” Avropa Polis Kollecləri Assosiasiyasının və DİN-in Polis Akademiyasının təşkilatçılığı ilə “Ailə-məişət zorakılığı” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan respublika daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov konfrans iştirakçılarını nazir, general-polkovnik Ramil Usubovun adından salamlayaraq belə bir aktual mövzuya həsr olunmuş tədbiri ölkəmizdə təşkil etdiyinə görə Avropa Polis Kollecləri Assosiasiyasının prezidenti cənab Norbert Leitnerə, təşkilatın idarə heyətinə təşəkkürünü bildirdi.

Polis general-leytenantı Vilayət Eyvazov məişət zorakılığı, o cümlədən qadınlara və yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərin fundamental insan hüquqlarını pozan ciddi bir problem olduğunu diqqətə çatdırdı, ailə-məişət zorakılığının qarşısının alınması sahəsində beynəlxalq əməkdaşlığın güclənməsinə, qabaqcıl təcrübənin öyrənilməsinə və tətbiqinə xidmət edən hazırki konfransın əhəmiyyətini xüsusi vurğuladı. Qeyd olundu ki, hələ 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstituasiyası gender bərabərliyini bəyan etməklə, demokratik dövlət quruculuğu prosesində qadınların fəal iştirakının zəruriliyini təsdiqləmişdir. Həmin il ölkəmiz BMT-nin “Qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”sına qoşularaq bu beynəlxalq sənədin müddəalarının yerinə yetirilməsi, qadınların hüquqlarının müdafiəsi ilə bağlı zəruri şəraitin yaradıması öhdəlikıərini öz üzərinə götürmüşdür. Ötən müddət ərzində ailənin, qadınların cəmiyyətdə rolunun artırılmasında, məişət zorakılığının qarşısının alınmasında, gender balansının təmin edilməsində dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin gücləndirilməsi üçün bütün zəruri təşkilatı tədbirlər görülmüş, mükəmməl qanunvericilik bazası formalaşdırılmışdır.

Məişət zorakılığının profilaktikası Azərbaycan daxili işlər orqanlarının da əsas vəzifələrindən olmaqla bu istiqamətdə sistemli tədbirlərin həyata keçirildiyini deyən nazirin birinci müavini son beş ildə məişət zəminində törədilən cinayətlərin 1,2 dəfə, zorakı cinayətlərin 19 faiz azaldığını, baş vermiş cinayətlərin isə 100 faiz açıldığını diqqətə çatdırdı.
Avropa Polis Kollecləri Assosiasiyasının prezidenti Norbert Leitner yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə DİN rəhbərliyinə təşəkkür edərək ölkəmizdə təşkilatın bununla ikinci görüşünün keçirildiyini dedi. O, bu tədbirin beynəlxalq elmi-praktiki əməkdaşlığın möhkəmlənməsində, ailə-məişət zorakılığına qarşı mübarizədə tədris-təlim prosesinin strategiyasının müəyyənləşdirilməsində, Assosiasiyaya üzv olan dövlətlərin qabaqcıl təcrübəsinin tədris prosesinə tətbiqi sayəsində yüksək ixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verəcəyini diqqətə çatdırdı.

Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev Avropa Polis Kollecləri Assosiasiyasınına üzv olduqları illərdə onun təşəbbüsü ilə keçirilən konfranslardan həmişə müsbət təcrübə əldə edildiyini, onun tədris-təlim prosesində tətbiqinə nail olduqlarını, burada təmsil olunan təhsil müəssisələri ilə daim təcrübə mübadiləsinin həyata keçirildiyini və gələcəkdə də bu istiqamətdə işlərin intensevləşəcəyini деdi.
Sonra mövzu ətrafında çıxışлар олду.

****
Avropa Polis Kollecləri Assosiasiyasıнын цзвляри ики эцнлцк сяфяр чярчивясиндя бейлянхалг елми-практик конфрансын мювзусуна уйьун фикир мцбадиляси апармыш, юз юлкяляринин тяърцбялярини бюлцшмцш, йерли ганунвериъиликляри барядя мялумат вермишляр. Ассосиасийа Шурасынын ДИН-ин Полис Академийасында иъласы да кечирилмиш, эюрцляъяк ишляр барядя чыхышлар динлянилмишдир.
Даща сонра гонаглар пайтахтымызын эязмяли-эюрмяли йерляри иля таныш олмушлар.
Мялумат цчцн: Авропа Полис Коллеъляри Ассосиасийасы 1996-cı ildə təsis edilib, və quruma Azərbaycan Respublikası DİN-in Polis Akademiyası da olmaqla, 47 Avropa ölkəsindən 50-я йахын ali təhsil müəssisəsi daxildir.

 





Çap et  Çap et