Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Mübariz Keşikdə qəzeti

Rəsmi

30.11.2018

Bir payiz günü…yardimlida

Azərbaycan dövləti paytaxtda və regionlarında turizm infrastrukturunun genişləndirilməsinə diqqət yetirir. Ölkəmizə gələn hər bir qonaq təkcə Bakımızın deyil, səfalı guşələrimizin də gözəlliyindən zövq alır, bir gələn bir də qayıdıb gəzmək, görmək istəyir. Yeri gəlmişkən, dağlar gözəli, zəngin fauna və floraya malik olan Yardımlıda da turizm inkişaf edir.

Buraya gələnlərin təhlükəsizliyini qorumaq polisin üzərinə düşür. RPŞ-nin əməkdaşları yayın istisinə, qışın soyuğuna baxmadan xidmət edir, rayon ərazisində yol hərəkətinin təmin olunmasından tutmuş cinayətkarlığın qarşısının alınmasına, yeniyetmələrin və gənclərin zərərli vərdişlərdən uzaq tutulmasına, erkən nikahların qarşısının alınmasınadək geniş sahədə fəal iş aparırlar.

Cinayət hadisələrinin qarşısının alınması və açılmasında ərazi polis orqanları veteranlar şuralarının üzvləri daima öz layiqli töhfələrini verirlər. Onlar tez-tez gənc əməkdaşlarla görüşür, tövsiyələrini əsirgəmirlər.

1-ci şəkildə: RPŞ Veteranlar Şurasının sədri Əlövsət Mirzəyev və polis veteranı Hacı Bağırov gənc əməkdaşlarla.
2-ci şəkildə: DYPB-nin rəisi, polis mayoru Kənan Heydərov, Yol-Patrul Xidmətinin əməkdaşı, polis baş serjantı Tural İsmayılov.
3-cü şəkildə: Post-Patrul Xidmətinin əməkdaşları, polis serjantları Valeh Səfərov,





Çap et  Çap et