Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Mübariz Keşikdə qəzeti

Rəsmi

04.10.2019

Rusiyali qonaqlar polis akademiyasinda...

Oktyabrın 1-də DİN-in Polis Akademiyasında Rusiya Federasiyası DİN-in Krasnodar Universitetinin rəisi, polis general-leytenantı, hüquq elmləri doktoru, professor Aleksandr Simonenko və Tədris-metodik iş İdarəsinin rəisi Anton Ladiqa ilə görüş keçirilib. Tədbirdə akademiyanın professor-müəllim heyəti və kursantlar iştirak ediblər.

Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev təhsil müəssisələri arasında işgüzar əlaqələrin əsasının ötən ildən qoyulduğunu qeyd edib. Akademiyada hüquqşünaslıqla yanaşı informasiya təhlükəsizliyi ixtisası üzrə də mütəxəssis hazırlığı aparıldığını vurğulayan N.Əliyev rusiyalı nümayəndələrə ali təhsil müəssisəsinin strukturu, tarixi, tədris prosesi haqqında ətraflı məlumat verib. Akademiyanın Rusiya universitetləri ilə çox yaxın əlaqələrinin olduğunu qeyd edən polis general-mayoru Krasnodar Universiteti ilə tələbə-müəllim mübadiləsinin, birgə elmi layihələrin hazırlanmasının əhəmiyyətini qeyd edərək yüksək ixtisaslı polis zabitlərinin hazırlanması üçün bu işlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən Rusiya Federasiyası DİN-in Krasnodar Universitetinin rəisi A.Viktoroviç təmsil etdiyi ali məktəb haqqında mərasim iştirakçılarına məlumat verib. O, bildirib ki, hər iki ali təhsil ocağı arasında yaranan əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurmaq olduqca mühüm əhəmiyyət kəsb edir.

Daha sonra o, Polis Akademiyasının rəisi N.Əliyevə Krasnodar Universitetinin Yubiley medalını təqdim edib.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra qonaqlar təhsil ocağında yeni təşkil edilən Azərbaycan-Rusiya Dostluq Mərkəzləri, həmçinin oxu zalı, elektron kitabxana, kriminalistik təlim şəhərciyi, fənn kabinetləri, idman zalları və yataqxanalarla tanış olublar.
Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Anar Qafarov,
polis baş-leytenantı





Çap et  Çap et