Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Mübariz Keşikdə qəzeti

Rəsmi

08.10.2019

Biz buna da layiqik

İnsan yaşlanır, adam köhnəlir. Biz köhnələnlərdən yox, yaşlanan insanlardan yazırıq, yazmalıyıq...
Onunla Ahıllar Günü görüşdük. Söhbətimiz zamanı çox mətləblərə toxunduq. Öyrəndik ki, bu yaxınlarda Rusiya Fedarasiyasının paytaxtında “Cinayət axtarış xidmətinin populyarlaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində veteranların rolu” mövzusunda keçirilən MDB ölkələrinin müvafiq veteranlar təşkilatlatı rəhbərlərinin 6-cı Beynəlxalq Seminariyası təşkil edilib. Müsahibəyə nikbin notlarla başlayan hörmətli veteranımız gördüklərini, eşitdiklərini “Mübariz keşikdə” ilə də bölüşdü.

Beləliklə, bu dəfəki qonağımız DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanovdur:
-Tədbirin ilk günü Moskva Vilayəti Baş Polis İdarəsinin inzibati binasında rəsmi açılış mərasimi keçirildi. MDB üzvi dövlətlərinin və Rusiyanın 86 vilayətinin veteranlar təşkilatlarının sədrləri iştirak edirdilər. Mən də məruzə ilə çıxış etdim, gördüyümüz işlər barədə ətraflı məlumat verdim. Bildirdim ki, veteranlarımız polis əməkdaşlarının bilik və bacarıqlarının, təcrübələrinin artırılmasında, peşə vərdişlərinin təkmilləşdiril¬məsində, gənclərin hərbi-vətənpərvərlik ruhunda formalaşdırılmasında mühüm işlər görürlər. Sonra görüş maraqlı və faydalı müzakirələrlə davam etdi...

Görüşlərdən çox şey öyrəndiyini, bunu həm veteranlarla, həm də yerlərdə olarkən istifadə edəcəyini deyən Fırhad müəllimin, birdən yadına nə düşdüsə, bir anlıq fikrə getdi və ahıl insanlara xas təmkinlə, ötkəm şəkildə söhbətinə davam etdi:
-Bizdən, yəni ölkəmizdən öyrəniləsi, görüb-götürüləsi çox şey var. İnanın, bir daha şahid oldum ki, Azərbaycanın Daxili İşlər Nazirliyi üçün də Avropa standartlarına uyğun iş şəraiti yaradılıb, ən müasir tələblərə cavab verən tikililərimiz, texnikamız, təcrübəmiz, peşəkarlığımız var. Bildim ki, biz nəyə görə MDB-də liderik... Amma muzeyləri çox xoşuma gəldi. Kaş, biz də beləsinə sahib ola biləydik...
Muzeydə XVII əsrdə yaradılmış Rusiya Polisinin bütün fotoları, əşyaları, hətta onların uniformaları, orden və medalları belə qorunub-saxlanılıb.
“Pamfilovun qəhrəmanları” muzeyini ziyarət isə Fərhad Süleymanovun səfərinə başqa bir ovqat qatıb.

Teymur Əlizadə,
polis kapitanı





Çap et  Çap et